Hadisə
16 mart 2023
0
Ağdamda 2 nəfər minaya düşərək HƏLAK OLDU

Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.
DİN-in mətbuat xidmətindən bildirilib ki, 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.
Araşdırma aparılır.
