Hadisə
17 aprel 2023
0
Üç universitetin tələbələri arasında dava - Bıçaqlanan var

Bakıda tələbələr arasında dava olub, xuliqanlıq hərəkətləri törədilib.
DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün 2003-cü il təvəllüdlü tələbəyə kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən, müxtəlif ali təhsil müəsissələrindən olan bir neçə tələbə saxlanılaraq məsuliyyətə cəlb edilib.
Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Faktla bağlı Nərimanov RPİ-də xuliqanlıq ittihamı ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə zamanı 3 universitetin tələbələri davaya qarışıb. Xəsarət alan tələbə hazırda xəstəxanadadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Daha çox xəbər:

Bakıda kütləvi dava - 18 yaşlı oğlan öldürüldü
Gündəm / Hadisə
Bakıda restoranda musiqi sifarişinə görə dava düşdü - Ölən və yaralanan var
Gündəm / Dünya
Bakıda ər arvadını gözəllik salonunda ÖLDÜRDÜ
Gündəm / Cəmiyyət
Bakıda tələbələr arasında dava - Ölən var
Hadisə
Bakıda kütləvi dava - İki nəfər qətlə yetirildi
Gündəm / Hadisə