Hadisə
24 may 2023
0
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi

Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sabiq sədri Ariz Bayramovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla Ariz Bayramovun 2019-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə edərək kənd yollarının təmiri üçün xərcləri daha artıq rəsmiləşdirməsinə, səlahiyyətlərini aşaraq iclas keçirilmədən bələdiyyə vəsaitləri hesabına kənd sakinlərinə maddi yardım verilməsi barədə müvafiq sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ariz Bayramova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Ağstafa rayon məhkəməsinə göndərilib.

Daha çox xəbər:

Sabiq bələdiyyə sədrinin qaunsuz əməlləri İFŞA EDİLDİ
Hadisə
Azərbaycanda VƏZİFƏLİ ŞƏXSLƏR həbs olundu
Gündəm / Cəmiyyət
Quba bələdiyyəsinin sabiq sədr müavini 30 min manatı ələ keçirib - RƏSMİ
Hadisə
Məmur vəzifə saxtakarlığı ittihamına məhkəmədə cavab verəcək
Gündəm / Cəmiyyət
Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi
Gündəm / Hadisə