Hadisə
01 iyun 2023
0
Azərbaycanda güclü külək məktəbin damını uçurub
İsmayıllıda ötən günün ikinci yarısından başlayan külək sonradan güclənib.
Nəticədə Aşıqbayramlı kənd orta məktəbinin dam örtüyünün bir hissəsini uçurub.
Bu barədə “Trend”ə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib. Yaxın müddətdə lazım olan işlər görüləcək. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda məktəbdə tədris davam etdirilir.
Qeyd edək ki, ötən gün Ağdam, Göyçayda 28 m/s, İsmayıllıda 24 m/s, Zaqatala, Naxçıvan, Cəfərxanda, Tovuz, Zərdabda 20 m/s, Daşkəsən, Şəmkir, Salyan, Tərtər, Mingəçevir, Gədəbəydə 18 m/s, Sabirabadda 17 m/s, Beyləqanda 16 m/s-dək güclənən külək əsib.

Daha çox xəbər:

Qrıza 3 sm qar yağıb - VİDEO
Gündəm / Cəmiyyət
Bağçadakı olaya görə müdir tənbeh edildi
Sosial
Sel İsmayıllıdan Lahıca gedən yolu kəsib: Kommunal təchizatda hansı problemlər yaranıb? - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Müəllim uçqun olan məktəbin şagirdlərinə evində dərs keçir
Gündəm / Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət