Hadisə
15 iyun 2023
0
Erməni hərbçilərin sərhədçilərimizi atəşə tutma ANI - VİDEO
Sosial şəbəkələrdə Ermənistan ordusunun hərbçilərinin Azərbaycan sərhədçilərinə atəş açması anı ilə bağlı görüntülər paylaşılıb.
Videoda görünür ki, Azərbaycan hərbçiləri Azərbaycan ərazisində bayrağımızı qaldırarkən onlara atəş açılır. Üstəlik bizim hərbçiləri Rusiya sülhməramlıları da müşayiət ediblər.
Qeyd edək ki, bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.
Öz növbəsində Azərbaycan ordusu baş vermiş təxribata qəti cavabını verib.
Belə ki, 15 iyun 2023-cü il tarixdə “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.
Daha çox xəbər:
Laçın sərhəd-buraxılış məntəqəsi atəşə tutuldu, Sərhədçimiz yaralandı (YENİLƏNİB)
Gündəm / SiyasətÜç hərbçini öldürən kiçik çavuşa ömürlük cəza VERİLDİ
Gündəm / HadisəZəngilanda saxlanılan erməni diversantlara cinayət işi açıldı
CəmiyyətDSX-nin əsgəri özünü güllələdi
HadisəDüşmən Zəngilanda mövqelərimizi atəşə tutdu - YARALIMIZ VAR
Gündəm / Siyasət