Hadisə / Dünya
12 may 2020
28

Həyat yoldaşına yaşatdığı dəhşəti sosial mediadan paylaşdı - FOTO/VİDEO

Milliinfo.az

Həyat yoldaşına yaşatdığı dəhşəti sosial mediadan paylaşdı - FOTO



Həyat yoldaşına yaşatdığı dəhşəti sosial mediadan paylaşdı - FOTO/VİDEO


Türkiyənin İstanbul şəhərində kişi boşanmaq istəyən arvadını tikilməkdə olan boş bir binaya apararaq, döyüb və bu anları telefonu ilə qeydə alaraq, sosial media hesabında paylaşıb.

Bununla bağlı məlumatı "HaberGlobal" yayıb.

Bildirilib ki, Eray D. boşanma istəyi ilə ayrı evlərdə yaşayan arvadı R.S.-ya zəng edərək, onunla görüşmək istədiyini deyib.

Görüşdükdən sonra onu maşını ilə bir yerə aparacağını deyib. Mənzil başına çatdıqda qadın yarıtikili bina olduğunu görüb, oraya getmək istəməyib. Əri isə onu döyə-döyə binanın içinə aparıb. O, qadını inşaatda istifadə olunan dəmir parçaları və daşlarla döyməyə başlayıb.

Kişi baş verənləri telefonu ilə qeydə alıb, sosial mediada paylaşıb.

Artıq Eray D. saxlanılıb. Onu 21 ilə qədər həbs cəzası gözləyir.

Həyat yoldaşına yaşatdığı dəhşəti sosial mediadan paylaşdı - FOTO/VİDEO