Hadisə
15 avqust 2024
0
Gölməçədə 47 yaşlı qadının meyiti tapıldı

Abşeronda gölməçədə meyit tapılıb.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində gölməçədə cəsəd aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü Xoşgül İman qızı Alıyevanın meyiti gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
