Hadisə / Gündəm
30 sentyabr 2024
0
Göygöldə azyaşlının üzərinə dəmir qapı düşüb, vəziyyəti ağırdır

Göygöldə azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Rayon ərazisində 2019-cu il təvəllüdlü qızın üzərinə dəmir qapı düşüb.
Xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
