Hadisə / Dünya
10 sentyabr 2020
34
Beyrutda limanda yenə yanğın olub
Milliinfo.az
Livanın paytaxtı Beyrutda limanda yenidən yanğın olub.“Report” xəbər verir ki, məlumatı “Haberturk” yayıb.
Bildirilib ki, yanğının tüstüsü şəhərin müxtəlif yerlərindən görünür. Yanğının səbəbi ilə bağlı heç bir informasiya yayılmayıb.
Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 190 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq ammonium - nitrat və digər maddələrin yanması partlayışa səbəb olub.

Daha çox xəbər:

Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib
Hadisə / Dünya
"Sobsan"da baş verən güclü yanğının atmosferə zərəri açıqlandı
Gündəm
DƏHŞƏTLİ YANĞIN: Meşədə 9 hektar...
Hadisə
Fransa prezidenti Livan rəsmilərini hədələyib
Siyasət / Dünya
ABŞ-da kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb
Dünya