Hadisə
30 aprel 2019
67
5 yaşlı uşaq ikinci mərtəbədən yerə düşdü

Bakıda 5 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb.
Beş.az medicina.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, 2014-cü il təvəllüdlü Rüstəm Şəkərli ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
