Hadisə
15 sentyabr 2021
22

Rövşən Əkbərovun məhkəməsi təxirə salındı

Rövşən Əkbərovun məhkəməsi təxirə salındı

Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, hakim heyətinə daxil olan Elbəy Allahverdiyevin koronavirusa yoluxub.
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb.

İttihama görə, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Rövşən Əkbərov Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.