Hadisə
15 oktyabr 2021
33
Bakıda özünü binadan atan 14 yaşlı qız öldü - Yenilənib
Bakıda yeniyetmə qız intihara cəhd edib.
“Milliinfo.az” “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Müşfiqabad qəsəbəsində 14 yaşlı A.E. özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. A.E.-yə bədənin çoxsaylı sınıqları, müştərək travması, açıq-kəllə beyin travması diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
***
Özünü Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atan 14 yaşlı A.Eyvazova vəfat edib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Daha çox xəbər:

Son dəqiqə! Bakıda 20 yaşlı qız özünü BİNADAN ATMAQ İSTƏYİR - VİDEO
Hadisə
Xırdalanda gənc özünü binanın 5-ci mərtəbəsindən atdı
Hadisə
Bakıda 32 yaşlı qadın özünü binadan atdı - VİDEO
Hadisə
Bakıda 19 yaşlı qız İNTİHAR ETDİ
Hadisə
Ata qızına sataşan 57 yaşlı kişini döyərək öldürdü - DƏHŞƏTLİ HADİSƏ
Hadisə