Hadisə
05 may 2019
62
CƏMİYYƏT Samuxda maşın kanala düşdü, bələdiyyə sədri öldü

Samux rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BEŞ.AZ oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Tatlı kəndinin yaxınlığında olub.
Goranboy sakini idarə etdiyi "Mercedes" markalı 22-BJ-696 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb, sonra isə kanala düşüb.
Sürücü hadisə yerində ölüb.
Qeyd edək ki, ölən şəxs Goranboy rayonu Baxçakürd kənd bələdiyyə sədri Sakit Verdiyevdir.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha çox xəbər:

Bakıda sərnişinin bir səhvi böyük qəzaya səbəb oldu - VİDEO
Hadisə
Azərbaycanda qəbiristanlıqda DƏHŞƏTLİ HADİSƏ - ÖLƏN VAR
Hadisə
Ölümə səbəb olan mikroavtobus sürücüsü tutuldu
Hadisə
Toydan qayıdan piyadanı vurub öldürdü, güzgüsü ilə tapıldı
Hadisə
Bakıda süpürgəçi qadının dəhşətli ölümü barədə - YENİ XƏBƏR
Hadisə