Hadisə
06 may 2019
69
Daha bir təyyarə qəzaya düşdü - SƏRNİŞİNLƏRDƏN XƏBƏR YOXDUR

Meksikanın Koauila ştatında şəxsi "Bombardier Challenger 601" təyyarəsi qəzaya uğrayıb.
beŞ.az qafqazinfo-ya istinadən xəbər verir ki, təyyarə dağlıq ərazidə qəzaya düşüb. İlkin məlumata görə, göyərtəsində iki ekipaj üzvü və 11 sərnişin olub. Onların taleyindən xəbər yoxdur.
Təyyarə Las-Veqasdan Meksikanın Monterrey şəhərinə uçurdu.
