Hadisə
24 yanvar 2022
32
DİN Bərdədəki qətllə bağlı MƏLUMAT YAYDI
Daxili İşlər Nazirliyi (DİN) Bərdədəki qətllə bağlı məlumat yayıb.
DİN-dən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilən İ.Hüseynov ölüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan “Adler Arms” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər:

Kürdəmirdəki qətllə bağlı cinayət işi başlanıldı
Gündəm / Hadisə
Sabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB
Gündəm / Hadisə
Evində narkotik yetişdirən Tovuz sakini saxlanıldı
Gündəm
Astarada narkotacirlər saxlanılıb
Gündəm / Hadisə
Dövlət idarəsində DAVA - Bir nəfər "KamAz"ın altında qalaraq öldü
Gündəm / Hadisə