Hadisə
18 fevral 2022
33
Manaf Ağayev HƏBS EDİLDİ

Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar.
Onların barələrində protokollar tərtib edilib.
Protokollar məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş S.Hüseynov polis idarəsinə dəvət olunublar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.

Daha çox xəbər:

Manaf Ağayevlə Füzulidə “AA” seriyalı maşını sürən kimdir? - Fotolar
Gündəm / Cəmiyyət
Aydın Ağayev parlamentdəki vəzifəsindən azad edildi
Siyasət
Füzulidə iki nəfər MİNAYA DÜŞDÜ
Gündəm / Hadisə
Deputatlar azad olunan ərazilərə gedəcəklər
Gündəm / Cəmiyyət
DİN vətəndaşlara müraciət ETDİ
Gündəm / Cəmiyyət