Hadisə
07 may 2019
78
Bakıda gizli eşq qadının başına BƏLA OLDU

Bakının Səbail rayonu sakinindən şantaj yolu ilə 13 min manat alınıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
57 yaşlı P.İ. rayon prokurorluğuna müraciət edərək 2017-ci ilin aprel ayından 2019-cu ilin aprel ayına kimi tanışı – Biləsuvar rayon sakini
51 yaşlı A.İ. tərəfindən şantaj edildiyini bildirib.
Şikayət ərizəsinə görə, A.İ. qadını gizli eşq macərasını hər kəsə danışacağı ilə hədələyib. Yalnız pul müqabilində susmağa razılaşıb. Əvvəl zərərçəkən dələduzun şərtini qəbul etsə də, çox keçmədən səhvə yol verdiyini anlayıb.
Sirrin saxlanılmasına görə tələb olunan məbləğlər getdikcə artıb. Qadın bunun sonunun olmayacağını başa düşüb və prokurorluğa şikayət ərizəsi ilə müraciət edib.
Hazırda materiallar Səbail rayon Polis İdarəsinə göndərilib və fakt üzrə araşdırma başlanılıb. Hələlik faktla bağlı saxlanılan yoxdur

Daha çox xəbər:

Azərbaycanda qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər
Hadisə
Məktəbdən 7500 manatlıq kompüter avadanlığı oğurlanıb
Hadisə
Bakıda oğul və gəlin birləşib ananı döydülər
Hadisə
Marketdə 33 yaşlı kişinin qabırğasını sındırdılar
Hadisə
Bakıda süpürgəçi qadının dəhşətli ölümü barədə - YENİ XƏBƏR
Hadisə