Hadisə
09 aprel 2022
27
Bakıda şagird müəllimi döydü

Bakının Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə şagird müəllimi döyərək xəsarət yetirib.
Milliinfo.az-ın məlumatına görə, məsələ ilə bağlı məktəbdən APA-ya bildirilib ki, məktəbin X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) ilə həmin məktəbin müəllimi arasında şagirdin dərsə gecikməsinə görə anlaşılmazlıq yaranıb. Dərhal sonra şagirdin valideyni məktəbə dəvət olunub, məsələ aydınlaşdırılıb və müəllimdən üzr istənilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hazırda məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.

Daha çox xəbər:

Bakıda şagird özünü məktəbin üçüncü mərtəbəsindən atıb
Gündəm / Hadisə
Şagirdin ölümünə görə direktor işdən çıxarıldı, müavini isə...
Cəmiyyət
Bakıda dərsdən qaçan şagirdin həyatı TƏHLÜKƏDƏ: Məktəbin 2-ci mərtəbəsindən tullandı və... - VİDEO
Hadisə
Nazirlik şagirdlərin X sinfə qəbulu ilə bağlı MƏLUMAT YAYDI
Gündəm / Cəmiyyət
İntihar edən 5-ci sinif şagirdinin atası: "Müəllimlər qızımı təhqir edib, əxlaqsız damğası vurub"
Hadisə