Hadisə
20 may 2022
34
Özünü dənizə atdı

Abşeron rayonu, Novxanı kəndi ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) bir nəfər intihar məqsədilə özünü dənizə atıb.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.
Onların müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
