Hadisə / Dünya
10 may 2019
146
Kirayə tutduğu evin içindən çıxanlar hər kəsi şok etdi /FOTOLAR

İrlandiyalı Daniel Carley İngiltərəyə köçərkən kirayə pulu çox ucuz olan bir mənzil kirayə tutub.
Beş.az metbuat.az-a istinadla bildirir ki, mənzilin ölçüsünə və otaqlarının sayının az olmasına əhəmiyyət verməyən gənc adam evə çox baxmadan kirayə götürüb.
Bir neçə gün sonra Daniel diqqət çəkici bir kəşf edib. Onun yaşadığı əraziyə daxil olmayan bir otaq yerdən keçid kimi açılan gizli bir qapaqla örtülmüşdü.
Danielə görə, İngiltərənin orta hissəsində yerləşən bu mənzil 19-cu əsrdə bir monastr kimi istifadə olunurdu. Daha sonra isə yüksək tavanlı müasir, amma kiçik bir mənzilə dönüştürülüb.
Daniel qapağı ilk açdığında buranın anbar olduğunu düşünüb. Qapağı açdıqda isə tamamilə başqa bir şey ilə qarşılaşıb. Anbarın altında həqiqi bir zindana gedən tük ürpərdici pilləkənlər kəşf edib.
Qorxaraq aşağı enən Daniel divarda yazıları gördükdə keçidi tapanın yalnız o olmadığını anlayıb.
Kərpicdən hazırlanmış bu zindanın bir küncündə heç kimin nə işə yaradığını anlamadığı kərpic dəzgah və ya yataq var idi.
Daniel zindanı kəşf etmə videosunu "Youtube"da paylaşıb. Video qısa müddətdə 7 milyondan çox izlənilib. Amma heç kim zindanın nə işə yaradığını anlamayıb.




Daha çox xəbər:

Bu şəxslərə verilən pul kompensasiyası artırıldı
Cəmiyyət
Burun ağrısı şikayəti ilə həkimə getdi - İçindən çıxanlar şok yaratdı / FOTO
Dünya
Hamı yerin altındakı bu gizli yerdən danışır FOTOLAR
Hadisə
Oğlu rus qızına qoşulub gedən yaşlı qadın küçədə qaldı -Ürəkdağlayan görüntü
Gündəm
Kirayədə qalan qız evə gizli kamera qoydu, otaq yoldaşının görüntülərini yaydı
Gündəm