Hadisə
12 may 2019
54
Mingəçevirdə çobanı ilan çalıb

Mingəçevirdə ilansancma hadisəsi qeydə alınıb.
Məlumata görə, şəhərin Vaqonlar adlanan ərazisindəki fərdi təsərrüfatda heyvanları otaran çoban, Kəlbəcər rayon sakini, 1989-ci il təvəllüdlü Abbasov Qaryağdı Kərəm oğlunu ilan çalıb.
Dərhal xəstəxanaya çatdırılan çobana tibbi yardım göstərilib və ilan zəhəri əleyhinə zərdab vurulub.
Hazırda onun müalicəsi xəstəxana şəraitində davam edir.

Daha çox xəbər: