Hadisə / Dünya
12 may 2019
62
Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib

Texas ştatının sahillərində iki barja və tanker toqquşub.
Beş.az Trend-ə istinadən bildirir ki, Hyuston hakimiyyəti sahilyanı sularda 9 min barrel (1,4 milyon litr) neft məhsulunun sızmasının baş verdiyini ehtimal edir.
Hadisə cümə günü Hyustonun ətrafında liman zonasının yaxınlığında baş verib. İki barjanı daşıyan yedək neft tankeri ilə toqquşub. Barjalardan birinə ciddi ziyan dəyib, ondan baş verən neft sızmasının qarşısı hələ də alınmayıb.
Toqquşmanın səbəbi hələlik məlum deyil. Son məlumatlara görə, hər iki barjada 15 min barrel (2,4 milyon litr) neft məhsulu daşınırdı.

Daha çox xəbər:

Bakı Ali Neft Məktəbinin tələbəsi "Sənaye 4.0-a doğru" layihəsini təqdim etdi
Sosial
3 ayda Azərbaycan əhalisinin gəlirləri nə qədər olub?
İqtisadiyyat
Hindistanda HƏYƏCAN: Siklon səbəbindən 1 milyon insan...
İqtisadiyyat
İki “VAZ” toqquşdu: sərnişin ön şüşədən yola düşdü - VİDEO
Hadisə
Alman faşizmi üzərində qələbədən 74 il ötür
Gündəm