Hadisə
13 may 2019
59
Zaqatalada “VAZ” körpüdən çaya aşıb

Zaqatala rayonunda "VAZ" markalı minik avtomobili körpüdən çaya aşıb.
Fövqəladə Hallar Nazirliyindən Beş.az verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
