İdman
27 dekabr 2022
17
PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq”

“Azərbaycan Superkubokunu bərpa etməyə çalışırıq”.
Bu barədə “Report”a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov məlumat verib.
Qurum rəhbəri bildirib ki, mövsümün sonunda Superkubokun təşkili məsələsi artıq müzakirə olunub:
“Səmimi deyim ki, problemimiz Superkuboku nə vaxt keçirməyimizlə bağlıdır. Çünki təqvim çox sıxdır, bu matçı əlavə etməyə yer yoxdur. Yenə də çalışırıq ki, mövsümün sonu üçün təqvimə Superkuboku əlavə edək. Ancaq indidən buna söz verə bilmərəm”.
Qeyd edək ki, Azərbaycan Superkuboku sonuncu dəfə 2013-cü ildə keçirilib. Naxçıvanda baş tutan həlledici qarşılaşmada “Xəzər Lənkəran” “Neftçi”ni (2:1) məğlub edib.

Daha çox xəbər:

PFL-in yeni prezidenti kimdir? - DOSYE
İdman
Ramin Musayev istefa verdi
Gündəm / İdman
Mövsümün son ev oyunu: "Neftçi" ilə 49-cu duel
Səhiyyə
"Humanitar koridorun açılmasına çalışırıq" - Türkiyə XİN rəhbəri
Gündəm / Cəmiyyət
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində su və elektrik sahəsini bərpa etməyə hazırdır - Nazir İQTİSADİYYAT
İqtisadiyyat