İdman
20 iyul 2023
0
Konfrans Liqası: “Neftçi” və “Sabah”ın rəqibləri dəqiqləşir, Vüsal İsgəndərli Ermənistan klubuna qarşı - AFİŞA
Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
Azərbaycan klublarının II raunddakı rəqibləri müəyyənləşəcək.
Əvvəlcə “Sabah”ın mümkün rəqibləri olan Latviyanın RFŞ və Şimali Makedoniyanın təmsilçisi “Makedoniya GP” kollektivləri birincilərin meydanında üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Makedoniyadakı ilk oyunda qonaqlar qələbə qazanıblar - 1:0.
“Neftçi”nin potensial rəqibləri olan Belarusun “Dinamo” (Minsk) klubu isə Bosniya və Herseqovina “Jelezniçar”ı ilə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, Bakıda “Azərsun Arena”da oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk matç bərabərliklə yekunlaşıb - 2:2.
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı isə Ermənistanın “Ararat-Armenia” komandasını qəbul edəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək. İrəvandakı ilk dueldə 1:1 hesablı heç-heçə qeydə alınıb. Azərbaycanlı yarımmüdafiəçi həmin matçın 59-cu dəqiqəsində meydana daxil olub.

Daha çox xəbər:

Konfrans Liqası: “Neftçi” və “Sabah”ın potensial rəqibləri üz-üzə, millimizin üzvü İrəvanda meydana çıxa bilər
İdman
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi məlum olur - AFİŞA
İdman
Çempionlar Liqası: Bu gün pley-off oyunlarına start veriləcək - AFİŞA
İdman
“Qarabağ”ın ikinci mərhələdəki potensial rəqibləri müəyyənləşdi
Səhiyyə
Konfrans Liqası: “Neftçi” bu gün Avstriyada cavab oyununa çıxacaq
İdman