İdman
21 iyul 2023
1
“Neftçi”dən ayrılıb Premyer Liqanın yeni klubuna keçdi
Uzun illərdir, “Neftçi”də fəaliyyət göstərən, 2021-ci ildən klubun seleksiya şöbəsində çalışan Vadar Nuriyev “ağ-qaralar”ı tərk edib.
51 yaşlı mütəxəssis məşqçiliyə qayıdıb. O, növbəti mövsüm Premyer Liqada yarışacaq “Araz-Naxçıvan”da baş məşqçi Azər Bağırovun köməkçilərindən biri olacaq.
Xatırladaq ki, “Neftçi”ni Rusiyanın Sankt-Peterburq şəhərindəki “Match TV” kubokunda “Zenit” və “Srvena Zvezda” ilə oyunlara baş məşqçi kimi İqor Getmanla birlikdə Vadar Nuriyev çıxarıb.

Daha çox xəbər: