İdman
03 avqust 2023
2
Şəhriyar Məmmədyarov Dünya Kuboku ilə erkən vidalaşdı

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda sensasiyalı nəticə qeydə alınıb.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirlə erkən vidalaşıb.
Qrossmeysterimiz mübarizəyə başladığı 1/64 final mərhələsini adlaya bilməyib. O, iki görüşün cəmində sinqapurlu Tin Jinqyaoya 1,5:0,5 hesabı ilə məğlub olub. Dünən baş tutan ilk qarşılaşmada heç-heçə edən Məmmədyarov bu gün rəqibinə uduzaraq, Dünya Kubokunda mübarizəni erkən dayandırıb.

Daha çox xəbər: