İdman
04 avqust 2023
0
Bakıda FIDE Şurasının iclası keçirildi - FOTO
Bakıda Beynəlxalq Şahmat Federasiyası (FIDE) Şurasının iclası keçirilib.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, FIDE prezidenti Arkadi Dvorkoviçin rəhbərliyi altında baş tutan iclasda şahmat ilinin təqvimi əsas müzakirə mövzusu olub. Bəzi mötəbər şahmat yarışlarına ev sahibliyi etmək istəyən ölkələrin adları açıqlanıb. Həmin yarışlarla bağlı ilin sonunda qərar veriləcəyi ilə bağlı razılıq əldə olunub.
İclasda həm də şahmatçıların reytinq hesablamasında yeniliklərlə bağlı təkliflər səsləndirilib. FIDE rəsmiləri şahmat ictimaiyyətinin məsələyə münasibətini öyrənmək üçün zamana ehtiyac olduğunu bildirib.
İki federasiyanın müraciətinə baxılıb. Tonqa və Yeni Kaledoniyanın FIDE üzvlüyünə qəbul edilməsi barədə qərar verilib.
Daha çox xəbər:
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.
İqtisadiyyat23 ölkə, 600-dən çox idmançı: Beynəlxalq Şahmat Festivalı başlayır
Gündəm / İdmanHicabdan imtina edən iranlı Bakıya gəlir
İdmanÇexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib - FOTO
Cəmiyyət / Dünya“Naxçıvan Open 2019” şahmat festivalı start götür
İdman