İdman
08 avqust 2023
2
Dünya çempionatında beş medal qazanmış Azərbaycan para-üzgüçüləri Vətənə qayıdıblar

İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış etmiş Azərbaycan para-üzgüçüləri Vətənə qayıdıblar.
“Report”un məlumatına görə, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan para-üzgüçüləri dünya çempionatını beş medalla başa vurublar. Roman Saley 100 m məsafəyə sərbəst üsulla üzmədə qızıl, eyni məsafəyə arxasıüstə üzmədə gümüş, 50 m məsafəyə sərbəst və 100 m məsafəyə “butterfly” üsulu ilə üzmədə bürünc mükafata yiyələnib. Vəli İsrafilov isə 100 m məsafəyə brass növündə dünya çempionu olub.

Daha çox xəbər:

Azərbaycanın daha 6 idmançısı qüvvəsini sınayacaq - Tokio-2020
Gündəm / Cəmiyyət
Azərbaycan Tokio-2020-də 10-cu qızıl medalını qazandı
İdman
Polisimiz dünya çempionatında qələbə qazandı
İdman
Azərbaycanlı atlet beynəlxalq yarışda birinci oldu
İdman
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
İdman