İdman
12 oktyabr 2023
1
Azərbaycanlı şahmatçı gənclər arasında dünya çempionu oldu

İtaliyada rapid və blits üzrə gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilir.
Azərbaycanı yarışda Maqomed Muradlı və Gövhər Beydullayeva təmsil edir.
Rapid üzrə 11 turun nəticələrinə əsasən Beydullayeva 9 xal toplayaraq 1-ci yeri tutub. Muradlı isə 6,5 xalla 8-ci yerdə qərarlaşıb.
Gənclər arasında dünya çempionatı blits-turnirlə davam edəcək.
Reytinqə görə, Muradlı 47 iştirakçı arasında dördüncü, Beydullayeva isə 24 iştirakçı arasında üçüncüdür.

Daha çox xəbər:

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır
Gündəm / İdman
23 ölkə, 600-dən çox idmançı: Beynəlxalq Şahmat Festivalı başlayır
Gündəm / İdman
Hicabdan imtina edən iranlı Bakıya gəlir
İdman
Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
İdman
Üzgüçülük üzrə dünya çempionatı təxirə salınıb
Dünya / İdman