İdman
04 dekabr 2023
0
Premyer Liqa: “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura bu gün yekun vurulacaq.
Sonuncu matçda “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.
Görüşü Tural Qurbanov idarə edəcək. “Köhlən atlar” 29 xalla liderdirlər. “Qırmızı-qaralar” isə 11 xalla 9-cu pillədə qərarlaşıblar.
Azərbaycan Premyer Liqası
XV tur
19:30. “Qarabağ” - “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Zirə”ni (1:0), “Sabah” “Kəpəz”i (2:0) məğlub edib. “Araz-Naxçıvan” - “Səbail” (1:1) və “Turan Tovuz” - “Sumqayıt” (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.

Daha çox xəbər:

Premyer Liqa: “Qarabağ” “Kəpəz”i, “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək
Gündəm / İdman
Premyer Liqa: “Zirə” “Səbail”i, “Turan Tovuz” “Kəpəz”i qəbul edəcək
Gündəm / İdman
Premyer Liqa: Bu gün daha iki oyun olacaq
Gündəm / İdman
Bu gün "Neftçi" "Qarabağ"la üz-üzə gələcək
İdman
Premyer Liqa: “Neftçi” “Qarabağ” önündə iki illik tilsimi qırmağa çalışacaq
İdman