İdman
26 aprel 2019
55
Özbəkistanlı idmançı: "Bakıda tamaşaçıları çox bəyəndim"
"Bədii gimnastika üzrə Dünya Kubokunda idmançılara azarkeşlik etməyə gələn tamaşaçılar çox xoşuma gəldi".
BEŞ.AZ xəbər verir ki, bu təəssüratlarını Trend-ə Özbəkistandan olan gimnast Yekaterina Fetisova danışıb.
Özbəkistanlı idmançı deyib: "Tamaşaçılar bütün idmançıları fəal alqışlayır, hamıya azarkeşlik edirlər. O ki qaldı mənim çıxışıma, daha yaxşı çıxış edə bilərdim".
Y.Fetisova əlavə edib ki, Milli Gimnastika Arenasını da çox bəyənib: Bakıda Milli Gimnastika Arenası çox gözəldir, bizim üçün yaxşı şərait yaradılıb, hər şey çox rahatdır".
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sonra Rəhmanova təmsil edirlər.
Daha çox xəbər:
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçılarının podium məşqləri keçirilib
İdmanBraziliyalı məşqçi: "Azərbaycan Gimnastika Federasiyası öz işini əla görür"
İdmanBədii Gimnastika üzrə 35-ci Avropa Çempionatı
İdmanDünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı
İdman"Sərhədçi"lərin Avropa uğuru
İdman