İdman
22 fevral 2024
0
Putin Həbib Nurməhəmmədova dəyəri milyonlarla dollarla ölçülən mənzil hədiyyə edib

UFC-nin rəhbəri Dana Uayt verdiyi sonuncu açıqlama ilə diqqət mərkəzinə düşüb.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədovu irlandiyalı Konor Makqreqor üzərində qələbədən sonra yüksək məbləğdə hədiyyə ilə mükafatlandırıb.
“O, döyüşdən dərhal sonra, soyunub-geyinmə otağına hələ çatmamış, Vladimir Putin artıq ona zəng etmişdi. Vladimir Putin ona və atasına Rusiyada təxminən 20 milyon dollar dəyərində daşınmaz əmlak hədiyyə etdi” – UFC rəhbəri söyləyib.
Xatırladaq ki, Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında baş tutan döyüş 2018-ci ilin oktyabr ayında baş tutub. H.Nurməhəmmədov dördüncü raundda rəqibi Konor Makqreqoru boğucu fəndlə təslim olmağa məcbur edib. (“Games With Names”)

Daha çox xəbər:

Konor Makqreqor basketbol oyunu zamanı qadını zorlamağa cəhd edib
Gündəm / İdman
Əfsanəvi döyüşçü prezidentliyinə namizəd olmaq istəyir
İdman
İlham Əliyev və Putin arasında ikitərəfli görüş başladı
Gündəm / Siyasət
“Gündə 6 saat yatıram” - Putin
Gündəm / Dünya
Putin İlham Əliyevə zəng etdi
Gündəm / Siyasət