İdman
26 iyul 2024
0
Paris-2024: Kanada millisinin baş məşqçisi drondan istifadə etdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb
Kanadanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Beverli Priston vəzifəsindən uzaqlaşdırılıb.
Buna məşqçinin Paris-2024-də Yeni Zelandiyaya qarşı keçirəcəkləri oyun ərəfəsində rəqib komandanın məşqini izləmək üçün dronlardan istifadə etməsi səbəb olub.
Kanada millisinin əməkdaşının idarə etdiyi dron Yeni Zelandiya yığmasının məşqi zamanı səmada görünüb. B.Priston bütün məsuliyyəti öz üzərinə götürüb. Nəticədə 38 yaşlı mütəxəssisin fəaliyyəti araşdırmalar bitənə qədər dayandırılıb.
Olimpiadanın qalan hissəsində Kanada yığmasını meydana Endi Spens çıxaracaq.
Qeyd edək ki, ötən gün A qrupunda keçirilən oyunda Kanada millisi Yeni Zelandiyanı 2:1 hesabı ilə məğlub edib.
Daha çox xəbər:
Kanada iranlı sabiq məmur haqda deport qərarı verdi
GündəmKanada Qarabağ savaşında tətbiq etdiyi qadağanı ləğv etdi
Gündəm / DünyaÇerçesov Azərbaycan millisinə təyinatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Gündəm / İdmanFernandu Santuş Azərbaycan millisinin baş məşqçisi olub
Gündəm / İdmanFernandu Santuş Azərbaycan millisinin baş məşqçisi olub
Gündəm / İdman