İdman
24 sentyabr 2020
106
UEFA Mahir Emrelinin cəzasını açıqladı
Milliinfo.az
UEFA Millətlər Liqasında I turun Lüksemburqla ev matçında birbaşa qırmızı vərəqə ilə cəzalandırılmış Azərbaycan yığmasının futbolçusu Mahir Emreli ilə bağlı qərar qəbul edib.UEFA-nın Media və İctimaiyyətlər Əlaqələr Departamentindən "Report"a verilən eksklüziv məlumata görə, 23 yaşlı hücumçu kobud oyunu ilə əlaqədar 2 oyunluq cəzalandırılıb.
Bu səbəbdən, Kiprlə səfər matçını buraxmış "Qarabağ"ın forvardı Monteneqroya qarşı oktyabrın 10-da səfərdə baş tutacaq növbəti görüşdə də meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Mahir Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0.

Daha çox xəbər:

"Qarabağ"dan Mahir Emrelinin durumu ilə bağlı açıqlama
İdman
Meydanda "Mədətov", İnstaqramda "Əmrəli" - Mahir soyadını gizlətdi
Şou / İdman
Mahir yeni şəxsiyyət vəsiqəsi aldı - Soyadını dəyişdi - FOTO
Gündəm / İdman
UEFA Azərbaycanın viza anketində dəyişiklikləri alqışlayıb
İdman
Ramil Şeydayev "Zenit"lə oyunda qırmızı vərəqə alıb
İdman