İdman
24 iyul 2021
33
Olimpiadada ilk döyüşündə qalib gəlmiş boksçumuz: “Tokiodan medalsız qayıtmayacağam”
“İlk döyüş həmişə ağır olur. Ona görə də üçüncü raundda yorğunluq var idi. Şükür Allaha, qalib gəldim”.
Bunu az öncə Tokio Olimpiadasındakı ilk döyüşündə qalib gələrək 1/8 finala vəsiqə qazanan boksçu Məhəmməd Abdullayev deyib.
O, beş gün sonra özbəkistanlı dünya və üçqat Asiya çempionu Bahadur Cəlalovla belə erkən görüşmək istəmədiyini bildirib:
“İstərdim ki, Tayfur Əliyevlə Lorenso Sotomayor da ilk döyüşdə qalib gəlsin. Onların ilk görüşdə uduzması pis oldu.
Bu rəqiblə əvvəl döyüşməmişdim, amma onu tanıyırdım. Ayın 29-dakı rəqibim bu çəkinin ən güclüsüdür, dünya çempionudur. Əsas rəqibim odur, onunla da ikinci görüşdə qarşılaşmalı olacağam.
Bura kimi əziyyət çəkib gəlmişəm. Burdan medalsız qayıtmayacağam”.

Daha çox xəbər:

Azərbaycanın iki cüdoçusu Olimpiadada mübarizəni dayandırdı
İdman
Balaş Qasımovun komandası "Nə? Harada? Nə zaman?" oyununda qalib gəldi
Cəmiyyət
Dünya çempionu təyyarədə maska taxmadığı üçün qalmaqala səbəb oldu
Gündəm
Bir gündə üç medal qazandıq - Fotolar
İdman
Niyamın keçmiş xanımı ilk dəfə: "Evə canyandıran deyildi"
Şou