İdman
08 fevral 2022
27
“Mahir qaydalara uyğun davranmadı”
“Qarabağ”ın keçmiş futbolçusu Yakub Jezniçak Mahir Emrelinin Polşa “Legiya”sından Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna keçidi barədə fikirlərini bildirib.
Hazırda Polşanın “Visla” (Plotsk) klubunda forma geyinən Jezniçak, yerli mətbuata açıqlamasında bunları deyib:
“Mahir Emreli qaydalara uyğun davranmadı, yaranmış vəziyyətdən öz xeyrinə istifadə etdi”.
O, Mahiri avtobusda “Legiya” azarkeşlərinin hücumuna məruz qalmış digər futbolçu Lukinyasla müqayisə edib:
“Gəlin, Lukinyasa baxaq. O, tam fərqli hərəkət etdi. Amma azarkeşlərin davranışı da normal deyil. Ümumiyyətlə, belə hallar olmamalıdır. “Legiya”nın problemlərini araşdırmaq, ayrı-ayrı oyunçuları tənqid və ya müdafiə etmək istəmirəm. Bütün bunlarla klubda işləyənlər məşğul olmalıdır”.
Qeyd edək ki, Emreli 2017-2019-cu illərdə “Qarabağ”da Jezniçakla komanda yoldaşı olub.
Daha çox xəbər: