İdman
05 mart 2022
32
Türkiyəli iş adamı "Çelsi"ni almağa hazırlaşır

Xəbər verdiyimiz kimi, "Çelsi"nin sahibi, rusiyalı iş adamı Roman Abramoviç klubu satmağa hazırlaşır.
London təmsilçisinə müştəri olanlar arasında türkiyəli iş adamı Muhsin Bayrak da var. Türkiyənin "Yeni Şafak" qəzetinin yazdığına görə, biznesmen hazırda Abramoviçin vəkilləri ilə danışıqlar aparır. Mənbə tezliklə razılığın əldə oluna biləcəyini də yazıb.
Xatırladaq ki, Roman Abramoviç Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Böyük Britaniyada sanksiyalarla üzləşib və bu səbəbdən uzun illərdir sahibi olduğu "Çelsi"ni satmaq qərarına gəlib.

Daha çox xəbər:

“Barselona” klubu Lionel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır
Dünya / İdman
Nişanlısı təyyarədə ölən iş adamı Hadise ilə sevgili oldu
Şou
İcra başçısının oğlu, iş adamı qaziyə avtomobili hədiyyə etdi
Gündəm / Cəmiyyət
"Rusiya yanvarda hücuma hazırlaşır" - General
Gündəm / Siyasət
UEFA “İlin futbolçusu” adına namizədləri açıqladı
İdman