İdman
11 may 2022
32
"Qarabağ" Qurban Qurbanovla müqaviləni uzatdı

"Qarabağ" klubu baş məşqçisi Qurban Qurbanovun müqavilə müddətini uzadıb.
Milliinfo.az klubun saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Qurbanov bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb.

Daha çox xəbər: