İdman
24 may 2022
26

Sahil Babayev bu boksçuların MAAŞLARINI KƏSDİ

Sahil Babayev bu boksçuların MAAŞLARINI KƏSDİ


Azərbaycan Boks Federasiyasında (ABF) yenidən maaş problemi yaşanır.

"Unikal"ın əldə etdiyi məlumata görə, boks üzrə Azərbaycan çempionatında ikinci və üçüncü yerə çıxan idmançılara artıq maaş verilmir.

Belə ki, ABF-nin sabiq prezidenti Kəmaləddin Heydərovun zamanında onların hər birinə aylıq maaş ödənilirdi. Lakin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babyev bu posta gələndən sonra yalnız respublika çempionu olanlara maaş verilib.

Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov rəhbərlik edib. K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub. Bu posta isə 9 fevral 2022-ci ildə ƏƏSMN Sahil Babayev seçilib.