İdman
07 oktyabr 2022
32
İspaniya mətbuatı: “Qarabağ” Miçellə Marselonun debütündə “Olimpiakos”u utandırdı
İspaniya mətbuatı ötən gün doğma divarlar arasında “Qarabağ”dan sarsıdıcı məğlubiyyət alan “Olimpiakos” klubunun ispaniyalı baş məşqçisi Miçel Qonsalesin debütündən yazıb.
“Qarabağ” Miçellə Marselonun debütündə “Olimpiakos”u utandırdı” başlıqlı məqaləsində müəllif qeyd edib ki, Miçel Qonsalesin rəhbərlik etdiyi “Olimpiakos” klubu G qrupunda qələbəyə həsrət qalıb və “ağ-qırmızılar” turnir cədvəlinin sonuncu - “qırmızı zona”sına düşüblər.
“Oyun “Olimpiakos” üçün uğursuz başladı. Zubir beşinci dəqiqədə “Qarabağ”ı irəli çıxarsa da, Yunanıstan təmsilçisinin köməyinə VAR çatdı. 68-ci dəqiqədə Ovusu Kvabena Azərbaycan klubunu hesabda önə çıxardı. Bu dəfə VAR da Qonsalesin rəhbərlik etdiyi klubun köməyinə çatmadı. 82-ci dəqiqədə Marko Veşoviç fərqləndi və hesab arasında fərq iki topa yüksəldi. Vurulan ikinci qol da “Olimpiakos” futbolçularının tənbəlliyinə çarə olmadı və Ramil Şeydayevin güclü zərbəsi oyunda son nəticəni bəlli etdi – 0:3”, - müəllif qeyd edib.
Yazıda bir cümlə ilə “Real”dan (Madrid) “Olimpiakos”a transfer olunan Marselonun da oyununa toxunulub.
Qeyd olunur ki, 60-cı dəqiqədə Buçalakisi əvəz edən “Olimpiakos”un braziliyalı yeni transferi də oyunda heç nə ilə yadda qala bilməyib.
Mənbə: Marca
Daha çox xəbər:
“Neftçi” Çempionlar Liqası matçında “Olimpiakos”a məğlub oldu
İdman“Qarabağ”ın oyunlarının təqvimi bəlli oldu
Gündəm / Siyasət"Qarabağ" Avropa Liqasında ilk ev oyununa çıxır
Gündəm / İdman"Qarabağ" "Neftçi"ni darmadağın etdi
Gündəm / İdmanAvroliqada çıxış edən klubların büdcəsi - “Qarabağ” ən kasıblar sırasında
Gündəm / İdman