İqtisadiyyat
23 aprel 2020
46
Vüqar Bayramov: Vergi güzəştləri postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir
Milliinfo.az
"Vergi güzəştləri postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir".
Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən təsdiq edilən iqtisadi paketlə həm pandemiya, həm də postpandemiya dövründə sahibkarların dəstəklənməsi nəzərdə tutulur. Bu baxımdan vergi güzəştləri həm pandemiya, həm də postpandemiya dövründə sahibkarlara bu cür güzəştlərdən istifadə etməklə, həm xərclərini minimumlaşdırmaq, həm də iqtisadi aktivliyi daha qısa zamanda bərpa etmək imkanı verəcək:
"Güzəştlər mikromüəssisələr də daxil olmaqla, praktik olaraq, bütün sahibkarlıq subyektlərini əhatə edir. Sadələşdirilmiş vergi subyektləri üzrə vergi dərəcələrinin iki dəfə azaldılması həyata keçirilir. Eləcə də sahibkarlar üçün mənfəət və gəlir vergisinin 75%-lik güzəşt tətbiq edilib. Digər tərəfdən, torpaq və əmlak vergisində müddətli güzəştlər var. Praktik olaraq, güzəştlərin strukturuna və miqyasına diqqət yetirəndə birmənalı şəkildə qeyd etmək olar ki, bu güzəştlər sahibkarların postpandemiya dövründə öz fəaliyyətlərini daha qısa zamanda bərpa etməsinə imkan verəcək".
V. Bayramov vurğulayıb ki, burada əsas məqsəd iqtisadi aktivliyin daha qısa zamanda əldə edilməsinə nail olmaqdan ibarətdir:
"Vergi güzəştləri əslində dövlətin dolayı maliyyə dəstəyi kimi də qiymətləndirilir. Çünki bu zaman artıq sahibkar hesabladığı vergini büdcəyə ödəmir, öz sərəncamında saxlayır. Bu da onun fəaliyyətinin genişləndirilməsinə imkan yaradır. Ölkə prezidentinin tapşırığına uyğun olaraq, postpandemiya dövründə sahibkarlar dövlət dəstəyindən daha çox faydalana biləcəklər. Yeni vergi güzəştlərinin təmin edilməsi iqtisadiyyatın leqallaşdırılması və daha liberal iqtisadiyyatın formalaşdırılmasına imkan yaradacaq. Atılan addımlar, tətbiq edilən güzəştlər bu kontekstdə postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir".

Daha çox xəbər:
Vergi güzəştlərinin tətbiqi sahibkarlara postkoronavirus dövründə iqtisadi aktivlərini qısa zamanda bərpa etmək imkanı verəcək.
İqtisadiyyat / DünyaAzərbaycanda mikro sahibkarlara vergi güzəştləri veriləcək
İqtisadiyyat / Cəmiyyət / SosialDövlət Turizm Agentliyi: Postpandemiya dövründə rəqabətə hazır olmaq üçün yeni turizm məhsullarının yaradılmasını istəyirik
İqtisadiyyatAzərbaycanda nazirin 1-ci müavini vəzifəsini itirdi
GündəmDövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin sayı açıqlanıb
İqtisadiyyat