İqtisadiyyat
04 may 2020
22
Lənkəranda mövsümün ilk yaşıl çay yarpağının yığımına başlanılıb
Milliinfo.az
Lənkəranda iri təsərrüfatlardan olan “Yaşıl çay” fermer təsərrüfatında mövsümün ilk yaşıl çay yarpağının yığımına başlanılıb. Yığımı yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün təsərrüfatın çaybecərənləri plantasiyalara cəlb olunublar.
AZƏRTAC xəbər verir ki, İstisu qəsəbəsində yerləşən ümumi sahəsi 70 hektar olan təsərrüfatda “Azərbaycan-2” adlanan premium keyfiyyətli çay yığılır. Azərbaycanda ən yüksək keyfiyyətə malik olan bu yerli çayın yarpağının dəriminə sübh tezdən başlanılır. Bu il havaların bir qədər yağıntılı keçməsi çay yığımını qismən gecikdirib. Buna baxmayaraq, may ayında sahələrdən bol məhsul toplanacağı proqnozlaşdırılır.
Təsərrüfatın rəhbəri Araz Yağubov deyir ki, yığım hər il olduğu kimi, bu il də intensiv aparılacaq. Plantasiyadan bol məhsulun götürülməsi isə may ayının ortalarına proqnozlaşdırılır.
Mövsüm ərzində keyfiyyətli məhsul toplanılması üçün sahələrə bütün aqrotexniki qulluq göstərilib. Həmişə olduğu kimi, bu dəfə də insan sağlamlığına zərərli olan kimyəvi qatqılardan istifadə edilməyib.
“Biz bu ərazini tam orqanik saxlamışıq. Burada heç bir mineral və ya digər kimyəvi gübrələrdən ümumiyyətlə istifadə etməmişik. Bütün aqrotexniki işlər tam qaydasında aparılıb”, - deyə A.Yağubov əlavə edib.
Sahələrdə çay yığmının ilkin mərhələsi olduğu üçün hazırda burada 20-yə yaxın işçi çalışır. Kifayət qədər təcrübəli olan çaydərən qadınlar məhsulun itkisiz və keyfiyyətlə toplanılmasına xüsusi diqqət yetirirlər.

Daha çox xəbər:
İmişlidə gilas yığımı – məhsul bol, qiymət isə ucuz FOTO VİDEO
İqtisadiyyatBakıda həkim dostları ilə çay içərkən ÖLDÜ
HadisəDƏHŞƏT! Ərini sevgilisinə öldürtdürüb –Üstündən çay içdilər
HadisəAzərbaycanda bu çayxana ağacın başında yerləşir ,görənlər heyrətə gəlir
GündəmÇay evində gənclər arasında dava: "Mənimlə yaxşı görüşmədin..." – Təfərrüat
Hadisə