İqtisadiyyat / Dünya
28 iyul 2020
48
EBRD Azərbaycanın qonşularına 45 milyon avro kredit ayırıb
Milliinfo.az
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Türkiyə və Gürcüstana birlikdə 45 milyon avro kredit ayırıb.
“Report”un Banka istinadən verdiyi xəbərə görə, həmin vəsaitin 5 milyon avroluq hissəsi Gürcüstanın Bakurianı bölgəsində infrastrukturun və xidmətlərin yaxşılaşdırılması üçün yönəldiləcək.
Belə ki, Bakuriani, xüsusən də Borjomi bələdiyyəsi ərazisində ictimai nəqliyyat və xidmət sektorunda keyfiyyət artırılacaq.
Bundan əlavə, küçələrdə qar və zibillərin təmizlənməsi üçün çoxməqsədli avtomobillərin və 10 ədəd müasir sərnişin avtobusunun alınması nəzərdə tutulur.
EBRD-nin Türkiyədəki “AKBank”ın törəməsi olan “AKLease” şirkəti üçün ayırdığı 40 milyon avro isə bu şirkətin maliyyə dayanıqlığını artırılmasına kömək edəcək. Vəsait həmçinin “AKLease”nin orta müddətdə koronovirus (COVID-19) pandemiyasının mənfi nəticələrindən qorunmasına imkan yaradacaq.
Daha çox xəbər:
Fermerlərə kredit vermək üçün 5 milyon manat ianə
İqtisadiyyatÇin Mərkəzi Bankı kredit axınını 20%-dək artıracaq
İqtisadiyyat / DünyaBu yazını oxuyana 2 min avro mükafat veriləcək - FOTO
DünyaDövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin sayı açıqlanıb
İqtisadiyyat"NBC Bank"ın zərəri 41% azalıb
İqtisadiyyat / Sosial