İqtisadiyyat / Sosial
14 avqust 2020
47
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır
Milliinfo.az
Bağlanmış banklarda bloklanmış əmanətlərlə bağlı Konstitutsiya Məhkəməsi vətəndaşların xeyirinə qərar qəbul etmişdi.XeberOxu.Az-ın məlumatına görə, qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olundqudan sonra o pullar blok edilmişdir. Bu o deməkdir ki, Konstitutsiya Məhkəməsi bizim təklif etdiyimiz kimi vətəndaşlarımızın xeyirinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir.
Əmanətlərin Sığortalanması Fondundan Trend-ə bildirilib ki, bağlanmış banklarda bloklanmış əmanətlərin qaytarılmasına bu gündən başlanılır.

Daha çox xəbər:

"NBC Bank"ın zərəri 41% azalıb
İqtisadiyyat / Sosial
Bu şəxslərin banklardakı pulları batacaq – Elman Rüstəmov ‘təəssüf edirəm’ dedi
İqtisadiyyat / Cəmiyyət / Sosial
Banklarda Dollar, Avro, Rubl və Lirənin alış-satış qiymətləri
İqtisadiyyat
Maskadan istifadə etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimələnəcək
Cəmiyyət / Sosial
Bank Respublika-da İş Var!! - 11 Yeni Vakansiya
Cəmiyyət / Sosial