İqtisadiyyat
29 avqust 2020
55
95 mindən çox şəxsə e-qaydada pensiya və müavinət, təqaüd təyin olunub
Milliinfo.az
2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyalar, ötən ilin son rübündə müavinət və təqaüdlər üzrə elektron təyinat sistemləri işə salınıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 95 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib. Onlardan 65 min e-təyinat bu ilin ötən dövründə aparılıb.
Vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman həmin şəxslər hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan onlara müvafiq sosial təminat növləri üzrə e-təyinatlar həyata keçirilir.

Daha çox xəbər:

İyun ayının pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
İqtisadiyyat / Cəmiyyət
İyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb
Cəmiyyət / Sosial
Əhaliyə aylıq ödənişlərlə bağlı ŞAD XƏBƏR: Bu ilin sonuna qədər... - RƏSMİ
İqtisadiyyat
Əhaliyə aylıq ödənişlərlə bağlı ŞAD XƏBƏR: Bu ilin sonuna qədər... - RƏSMİ
İqtisadiyyat
I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı AÇIQLAMA
Cəmiyyət