İqtisadiyyat
10 sentyabr 2020
17
İqtisadiyyat Uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin öz fəaliyyətlərini bərpa etməsinə icazə verildi
Miilinfo.az
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) olaraq məlumat vermək istərdik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən, karantin şərtlərinin yumuşaldılması, bir sıra fəaliyyət sahələrinin bərpası, eləcə də rayonlara giriş-çıxışa tədbiq edilən məhdudiyyət aradan qaldırıldığı üçün uzun müddət fəaliyyət göstərməyən turizm şirkətləri yenidən öz işini bərpa edə bilər.Assosiasiyadan XeberOxu.Az-a verilən məlumata görə, artıq turizm şirkətlərinə Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən, təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə riayət etməklə ofis şəraitində işləməklərinə icazə verilir:
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq turizmin bu çətin dönəmində fəaliyyətini davam etdirən bütün turizm şirkətlərinə işlərində uğurlar diləyirik. İnanırıq ki, qısa zamanda hökumətin və turizmlə birbaşa əlaqəsi olan dövlət qurumlarının dəstəyi və yardımı ilə bu böhran vəziyyətindən də çıxa biləcəyik. Bir daha turizm şirkətlərinə müraciət edərək, metodiki göstərişlərin tələblərinə əməl etməyə, vətəndaşların və işçi personalının sağlamlığına xüsusi önəm verməyə çağırırıq".
Daha çox xəbər:
Dövlət Turizm Agentliyi: Postpandemiya dövründə rəqabətə hazır olmaq üçün yeni turizm məhsullarının yaradılmasını istəyirik
İqtisadiyyatSərtləşdirilmiş Xüsusi Karantin Rejimində KİV-lərin fəaliyyətinə dair Operativ Qərargahın məlumatı
Gündəm / Cəmiyyət / SosialBu ölkədə turizm mövsümü açılır
DünyaBakıda 300 xarici iştirakçının qatılacağı turizm tədbiri keçiriləcək
İqtisadiyyat / Dünya / Mədəniyyətİqtisadiyyat Nazirliyi vergiödəyicilərinə müraciət edib
İqtisadiyyat / Sosial