İqtisadiyyat
03 noyabr 2021
36
Vergi Məcəlləsində dəyişikliklər büdcə gəlirlərini nə qədər artıracaq?
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Prezident İlham Əliyevin bu sahədə olan tapşırıqlarının icrası ilə bağlıdır. Bunlardan birincisi kölgə iqtisadiyyatı ilə mübarizədir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
Xidmət rəisi bildirib ki, Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində sosial xarakterli güzəştlər və vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur.
"Əlavə olaraq bir blokda sahibkarlığın inzibatçılıq yükünün azaldılması ilə bağlı dəyişikliklər təklif olunur. Təklif olunan dəyişikliklər nəticəsində büdcə gəlirlərində təxminən 65 milyon manat artım gözlənilir. Hətta artımın bu rəqəmdən çox olacağı proqnozlaşdırılır", - O.Nəzərli qeyd edib.

Daha çox xəbər:

Kitab həvəskarlarına şad xəbər!
Gündəm / Cəmiyyət
Əli Məsimli: “Yeni əmək müqavilələri imzalamış şəxslər sosial sığorta haqlarından azad edilməlidir”
İqtisadiyyat
Deputatlar bu gün 8 məsələni müzakirə edəcək
Siyasət
Əmlak vergisi üzrə bəzi güzəştlər LƏĞV EDİLİR
Gündəm / İqtisadiyyat
Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini itirdi
Gündəm