İqtisadiyyat
12 noyabr 2021
25
Bu ərzaq məhsulları bahalaşıb - SİYAHI
Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksini açıqlayıb.
Bu, 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən 105,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,0 faiz təşkil edib. Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 110,0 faiz təşkil edib.
Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə balığın, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, üzümün, bananın, armudun, pomidorun, xiyarın, badımcanın, bibərin, kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, təbii balın, çay, qəhvə və kakao tozunun, kola içkisinin, arağın, ucuzlaşma isə əsasən naringinin, limonun, kivinin, narın, heyvanın, xurmanın, almanın, balqabağın, çuğundurun qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Daha çox xəbər:

Azərbaycanda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI
Gündəm
Bütün məhsulların qiymətində artım var... - NƏ BAŞ VERİR?
Gündəm / İqtisadiyyat
Kartof və soğan kəskin BAHALAŞACAQ
Gündəm / İqtisadiyyat
3 ayda Azərbaycan əhalisinin gəlirləri nə qədər olub?
İqtisadiyyat
Daşınmaz əmlakın qeydiyyatı prosedurları sadələşdirilir: Rəsmiləşdirmələrin sayı kəskin artıb
İqtisadiyyat