İqtisadiyyat
19 oktyabr 2022
16
Azərbaycanda ÜDM 5,6 faiz artıb - FOTO

Bu ilin 9 ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 5,6% artıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6% artaraq 98 mlrd. 77,8 mln. manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,1% artaraq 50 mlrd. 285,8 mln. manat olub.
M.Cabbarov qeyd edib ki, qeyri-neft-qaz sektorunda artımın əvvəlki ildə olan artım tempi ilə müqayisədə sürətlənməsi prosesi davam edir.


Daha çox xəbər:

"Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb" - Mikayıl Cabbarov
Gündəm / İqtisadiyyat
Bu il iş yerlərinin artırılması üçün daha çox vəsait ayrılacaq - Mikayıl Cabbarov
Gündəm / İqtisadiyyat
"İqtisadi artımın 5%-dən çox olması gözlənilir” - Mikayıl Cabbarov
İqtisadiyyat
"Bu, mühüm nailiyyətdir" - Mikayıl Cabbarov
Gündəm / İqtisadiyyat
3 ayda Azərbaycan əhalisinin gəlirləri nə qədər olub?
İqtisadiyyat